Braziliya millisinin hücumçusu Neymar yığmada keçirdiyi oyunlarda 43 qol vurub.
Korner.az-ın məlumatına görə, “Sambaçılar”ın ən məhsuldar futbolçusu isə 92 matçda 77 dəfə fərqlənən Peledir. Millinin çalışdırıcısı Karlos Dunqa bu barədə deyib:
“Neymar yaxşı futbolçudur və inkişafa davam edəcək. Əminəm ki, Neymar millidə vurduğu qolların sayına görə Peleni keçəcək. Bu, onun üçün problem deyil. Mənim əsl istəyim Neymarın dünya çempionluğunun sayına görə Peleni qabaqlamasıdır”.
