“Barselona” və Braziliya yığma komandasının 22 yaşlı hücumçusu Neymar 2014-cü ildə milli komandanın heyətində 15 qol vurub.
Korner.az-ın məlumatına görə, o 10 qol ilə yadda qalan alman Tomas Müller və ekvadorlu Enner Valensiyanı geridə qoyub.
Neymar yığmada vurduğu qolların sayını 42-yə çatydıraraq komandanın ən yaxşı bombardirləri siyahısında beşinci yerə yüksəlib.
Hazırda millidə liderlik 77 qolu olan Peleyə məxsusdur.
