Neymar: “Mbappe ən yaxşı olacaq”
29.03.2019 , 17:00

PSJ klubunun braziliyalı futbolçu Neymar komanda yoldaşı Kylian Mbappe haqqında xoş sözlər deyib.
Sambaçı fransalı futbolçunun gənc və prespektivli olduğunu qeyd edib.
“Mbappe prepektiv vəd edən futbolçudur. Hələ gəncdir və üzərində çox işləməlidir. Mən əminəm ki, Mbappe ən yaxşı olacaq.”
Qeyd edək ki, Neymar və Mbappe 2017-ci ildən etibarən PSJ klubunun heyətində çıxış edirlər.
