İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Barselona”nın ulduz futbolçusu Neymarı komandada görmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İspaniyanın “Sport” qəzeti xəbər yayıb.
İddia edilir ki, “qırmızı şeytanlar” mövsümün sonunda Neymar üçün danışıqlara başlayacaq.
Əgər ”sambaçı” İngiltərə təmsilçisinə transfer olunsa, 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, “Barselona” ilə 2021-ci ilədək müqaviləsi olan Neymar bu mövsüm 30 oyuna 10 qol vurub və 19 məhsuldar ötürmə edib.