Neymar klubunu dəyişir
17.12.2024 , 15:32
“Əl-Hilal”ın hücumçusu Neymar klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçunun “İnter Mayami”yə keçəcəyi iddia olunur.
Braziliyalı futbolçunun MLS təmsilçisinə keçidinə müsbət baxır.
Cari mövsümün sonu Neymarın Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir.