Neymar İspaniya klubuna qayıdır
12.03.2024 , 17:21

“Əl-Hilal”ın futbolçusu Neymar komandasından ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçu növbəti mövsümün sonunda “Barselona”ya keçə bilər.
Futbolçunun özü də Kataloniya klubuna qayıtmaq istəyir.
2025-ci ilin yayında Neymarın komandası ilə müqaviləsi başa çatacaq.
