Neymar hakimlər otağına girmək istədi
08.03.2019 , 15:45

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Mançester Yunayted”ə uduzduqları oyundan sonra Neymar hakimlər otağına daxil olmaq istəyib.
Hakimlərin qərarı ilə razılaşmayan Neymarı çətinliklə olsa da, həmin ərazidən uzaqlaşdıra biliblər.
Qeyd edək ki, Neymarın əsəbi olmasına səbəb hakimlərin VAR-a baxdıqdan sonra görüşün 93-cü dəqiqəsində PSJ klubunun qapısına penalti təyin etməsi olub.
