“Zədələnməyimdən 3 ay keçir. Şadam ki, sağaldım və ilk oyunumda qol vurum”.
Bu sözləri Braziliya millisinin üzvü Neymar Xorvatiya ilə yoldaşlıq oyunundan (2:0) sonra “Goal.com”a açıqlamasında deyib.
Zədə səbəbindən fevral ayından meydana çıxmayan hücumçu qayıdışını qolla qeyd edib. O, hələ tam hazır olmadığını bildirib: “Hələ narahatlığımı var. Ancaq hər məşqdə irəli gedirəm. İndi 80 faiz hazır olduğumu deyə bilərəm”.
Xatırladaq ki, PSJ-nin forvardı fevralın 25-i Fransa Liqasında “Marsel”ə qarşı matçda zədələnmişdi
