Neymar “Fənərbağça”ya keçir? – İDDİA
13.06.2025 , 22:21

Hazırda “Santos”da çıxış edən ulduz oyunçu Neymar Türkiyə klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Fənərbağça” maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul təmsilçisinin 33 yaşlı forvarda 1 illik müqavilə təklif etdiyi qeyd olunub.
Neymar son mövsüm Braziliya klubunun heyətində 14 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
