Braziliya millisinin baş həkimi yığmanın lideri Neymarın DÇ-2104-ün yarımfinalı çərçivəsində bu gün almanlara qarşı keçiriləcək matçda oynayıb-oynamayacağına aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, o, hücumçunun ağrıkəsici iynə hesabına bugünkü matçda oynayacağı ilə bağlı xəbərləri təkzib edib.
Həkim deyib ki, Neymarın müalicəsi üçün alternativ variantlar tətbiq olunmayacaq. Forvard 4-6 həftə futbol oynaya bilməyəcək.
