Neymar cəzalandırıldı
26.04.2019 , 21:03

UEFA Braziliya millisinin və PSJ klubunun futbolçusu Neymarı cəzalandırılıb.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Mançester Yunayted” klubuna məğlub olaraq mübarizəni dayandıran PSJ klubunun futbolçusu Neymar görüşdən sonra hakimi instagram hesabında təhqir etdiyi üçün 3 oyunluq diskvalifikasiya edilib.
Qeyd edək ki, gələn mövsüm Neymar Çempionlar Liqasında ilk 3 görüşü buraxacaq.
