PSJ-nin yeni transferi Neymar Fransa Liqasında 2017/2018 mövsümünün ilk turunda iştirak etməyəcək.
Braziliyalı hücumçu “Amyen”lə bu gün keçiriləcək oyunu buraxacaq. Transfer sənədləri gecikdirildiyindən PSJ Neymarın adını çempionatın iştirak ərizəsinə daxil edə bilməyib.
Braziliya millisinin üzvü “Barselona”dan PSJ-yə 222 milyon avro müqabilində keçib.
