Bu gün keçirilən ölkələrarası yoldaşlıq görüşündə Braziliya yığması Cənubi Afrika Respublikası komandasını darmadağın edib.
Korner.az-ın məlumatına görə, Neymarlı Braziliya CAR-ın qapısından 5 cavabsız top keçirib.
Braziliyalı ulduz futbolçu Neymar oyunda şou göstərib. Belə ki, Neymar rəqib qapısına 3 qol vurub. Braziliyanın heyətində Oskar və Fernandinyonun da fərqləndiyi qarşılaşmada "sambaçılar" 5:0 hesabı elə qalib gəliblər.