Neymar azarkeşi yumruqladı – VİDEO
28.04.2019 , 18:14

PSJ klubunun braziliyalı futbolçusu Neymar tribunadakı azarkeşi yumruq atıb.
Fransa kubokunda “Renn” ilə final görüşündən sonra mükafatlandırma mərasimi üçün tribunalar arasından keçərək yuxarı qalxan Neymar onu telefona çəkərək gülən azarkeşə yumruq atıb. Görüntülər tribunada olan digər azarkeş tərəfindən lentə alınıb.
Qeyd edək ki, görüşün əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında qələbə qazanan “Renn” kuboka sahib çıxıb.
