Neymar 14 dəqiqə meydanda uzanıb
05.07.2018 , 12:28

Braziliya yığmasının hücumçusu Neymar futbol üzrə dünya çempionatının 4 matçının 14 dəqiqəsini qazonda uzanmaqla keçirib
Neymarın qazonda ən çox uzanması 1/8 final matçında, Meksikaya qarşı oyunda qeydə alınıb. Braziliya yığmasının kapitanı Miqel Layunla toqquşduqdan ancaq 5 dəqiqə 30 saniyə sonra ayağa qalxıb.
Neymara qarşı ümumilikdə 23 dəfə qayda pozuntusu qeydə alınıb.
