Neveş üçün İngiltərə variantı gündəmdədir
19.01.2026 , 21:15
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Ruben Neveş karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” portuqaliyalı yarımmüdafiəçini transfer siyahısına daxil edib.
Bildirilir ki, mümkün keçidin məbləği 23 milyon avro civarındadır. Neveşin “Əl-Hilal”la olan müqaviləsi mövsümün sonunda başa çatır.
28 yaşlı futbolçu bu mövsüm liqada 13 oyunda forma geyinərək 6 qol vurub və 2 assistlə yadda qalıb.