“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” braziliyalı futbolçu Ailton Fereyra Silva ilə danışıqları müsbət yekunlaşdırıblar.
Ölkəsinin A seriyasında mübarizə aparan “Fluminense” klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb.
Bu gündən etibarən "Neftçi" ilə məşqlərə qatılacaq Ailton yeni komandasında 6 nömrəli formanı geyinəcək.
