İtaliyanın "Milan" klubu əsas üzvlərindən olan Alessandro Nesta ilə yollarını ayırır. Korner.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi iyulun 1-də başa çatacaq müqaviləsini uzatmamağı qərara alıb.
Nesta bu qərarı hələ fevralda verdiyini bildirib. Ona ABŞ klubları ciddi maraq göstərir.
Qeyd edək ki, Alessandro Nesta 2002-ci ildə “Latsio”dan “Milan”a keçib. O, karyerası ərzində İtaliya yığması ilə dünya çempionluğu (2006), klubların heyətində isə 2 dəfə Çempionlar Liqası (2003, 2007), Kuboklar Kuboku (1999), hərəyə 3 dəfə UEFA Superkuboku (1999, 2003, 2007), İtaliya çempionluğu (2000, 2004, 2011), İtaliya Kuboku (1998, 2000, 2004) və İtaliya Superkuboku (1998, 2000, 2011) əldə edib.