“Mançester Yunayted” Nemanya Matiçin transferiylə bağlı “Çelsi”ylə razılığa gəlib.
Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın serbiyalı yarımmüdafiəçinin keçidiylə bağlı London klubuyla razılığa gəldiyi, transferin yaxın günlərdə açıqlanacağı qeyd edilib. Mankunianların Matiç üçün 40 milyon avro ödəyəcəyi iddia edilib.
Serbiya millisinin üzvü son mövsümdə şans qazandığı 40 oyunda 2 qola imza atıb.
