Nelsson üçün sürpriz talib
29.01.2025 , 13:13
“Qalatasaray”da oynamaq şansı tapa bilməyən və ayrılmasına icazə verilən Viktor Nelssona sürpriz talib çıxıb.
Korner.az xəbər verir ki, İtaliya klubu “Napoli” futbolçunu transfer gündəminə gətirib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, Antonio Kontenin “oynamağa hazır” müdafiəçi istədiyi və yekun qərarın yaxın günlərdə veriləcəyi bildirilib.
26 yaşlı müdafiəçi bu mövsüm “Qalatasaray”da 17 rəsmi oyun keçirib.