Belarus kubokunun sahibi müəyyənləşdi
25.05.2020 , 17:21

Belarus kubokunun qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, BATE son çempion Brest “Dinamo”su ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz tamamlanıb. Əlavə vaxtda Zaxar Volkov BATE-nin qələbə topunu vurub – 1:0.
Bununla BATE tarixində 4-cü dəfə Belarus kubokunu qazanıb.
