Neil Uarnok: “Dünyanın ən pis hakimləri İngiltərədədir”
31.03.2019 , 20:18

İngiltərə Premyer Liqasında doğma meydanda “Çelsi” klubuna məğlub olan “Kardiff Siti” klubunun baş məşqçisi Neil Varnok oyunla bağlı fikirlərini bildirib.
Hakimlərdən narazı qaldığını qeyd edən 70 yaşlı mütəxəssis haqsızlığa uğradıqlarını qeyd edib.
“İngiltərə çempionatı Dünyanın ən yaxşı çempionatıdır. Lakin çempionatın hakimlər çox bərbad oyun idarə edirlər. Biz çempionatda qalmaq üçün mübarizə aparırıq. Bu günkü haqsızlığın bizə nə qədər təsir edəcəyini onlar anlamayacaq.”
Qeyd edək ki, “Çelsi” “Kardiff Siti” klubunu 2-1 hesabı ilə məğlub edib.
