“Neftçi” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Böyükağa Hacıyev Erik Ramosun xidmətindən məhrum olub.
Paraqvaylı futbolçu cəzalı duruma düşüb. O, “Qarabağ”la matçın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Bu Ramosun mövsüm ərzində aldığı 8-ci sarı olub və o, cəzalı duruma düşüb.