Premyer Liqanın XXX turunda “Simurq” “Neftçi”nin qonağı olacaq.
Korner.az-ın məlumatına görə, dünən qarşılaşmanın oynanılacağı “Bakcell Arena”da məşqə çıxan komanda hazırlıqları tamamlayıb. Bir saatdan artıq davam edən çalışmalarda oyunöncəsi qısa ötürmələr və qapıya zərbələr yerinə yetirilib. Bundan sonra Zaqatala təmsilçisi istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Cari ildə ikisi Azərbaycan Kuboku olmaqla 4 dəfə “Neftçi” ilə üz-üzə gələn “sar-qaralar” bu oyunların heç birində nəyinki qalib gəlmək, heç rəqib qapısından top belə keçirdə bilməyib. Premyer Liqadakı 16-cı qarşılaşmada “Simurq”un heyətində İlkin Qırtımov sarı vərəqə limitini doldurduğundan, Nicat Qurbanovla Eyyub Əliyev isə icarə müqaviləsinin şərtlərinə görə bu matçda forma geyinə bilməyəcək.
Saat 21:00-da start götürəcək qarşılaşma “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.