Premyer Liqanın XXXI turunda bu gün doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək “Qəbələ”də vəziyyət gərgindi. Komanda bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, zədəlilər – Amit Quluzadə, Viktor Mendi, Ceyhun Sultanov və Vurğun Hüseynovun sırasına daha bir futbolçu qoşulub. Bölgə təmsilçisinin aparıcı üzvü Dodo sıradan çıxıb.
Braziliyalı yarımmüdafiəçinin böyük ehtimalla meydana çıxmayacağı deyilir. Ancaq matç saatına kimi hazır olsa, onun adı “18-liy”ə daxil ediləcək.