Mahir Şükürov, Karlos Kardoso və Bruno Bertuççinin ardınca Cavid İmamverdiyev də növbəti turda “Neftçi”yə kömək edə bilməyəcək.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun “Bakı” ilə oyunda sarı vərəqə alaraq limiti doldurması olub.
Qeyd edək ki, Karlos Kardoso və Bruno Bertuççi XX turda “Xəzər Lənkəran”a qarşı keçirilən oyunda qırmızı vərəqə aldıqları üçün, Mahir Şükürov isə azarkeşlərə təhqiredici jest göstərdiyinə görə cəzalandırıldığı üçün “İnter”lə oyunu buraxacaq.
