“Xəzər Lənkəran”la superkubok oyunu öncəsi “Neftçi”yə Stamenkoviçdən şad xəbər gəlib.
Korner.az-ın məlumatına görə, “ağ qaralar”ın əsas qapıçısı həmin matçda forma geyə biləcək.
Xatırladaq ki, AFFA İntizam Komitəsi serb qapıçını “Xəzər Lənkəran”la ölkə kubokunun finalındakı oyundan sonra cəzalandırmışdı
Bu səbəbdən də serb qapıçının Superkubok uğrunda oyunda forma geyməyəci haqda xəbərlər dolaşsa da, bu, həqiqəti əks etdirmir. Çünki əsasnamədə Superkubokla bağlı bənd olmadığından hər iki komanda matça optimal heyətlə çıxa biləcək.
