Müalicə almaq üçün Belçikaya gedən “Neftçi”nin üzvü Ernest Nfor Bakıya qayıdıb.
Korner.az-ın məlumatına görə, kamerunlu hücumçu müalicəsini bitirərək, ölkəmizə qayıdıb.
Nfor fərdi məşqlərlə kifayətlənəcək. 28 yaşlı oyunçunun kollektiv hazırlıqlara nə vaxtdan qoşulacağı isə hələlik bəlli deyil.
