Avropa Liqasının qrup mərhələsində “Neftçi”yə rəqib olan “Rubin” 26 yaşlı Alan Kasayevlə müqaviləni uzatmağı planlaşdırır.
Korner.az-ın “Life Sports”-a istinadən məlumatına görə, hazırkı anlaşmanın müddəti qışda bitəcək.
Müqavilənin yenilənməsində həm klub, həm də futbolçu maraqlıdı.
Xatırladaq ki, yayda “Anji”, Moskva “Dinamo”su və Krasnodar “Kuban”ı Alanın keçidində maraqlı olduğunu bəyan etmişdi. Ancaq o vaxt “Rubin”də az forma geyinməsinə baxmayaraq, Kasayev hər üç kluba “yox” cavabı göndərmişdi.
2009-cu ildən Kazan klubunun formasını geyinən və “Neftçi”ylə oktyabrın 25-də keçirilən oyundakı yeganə qolun müəllifi olan yarımmüdafiəçinin transfer qiyməti 4 milyon avrodu.
