"Bu oyun bizim üçün prinspial idi. Çünki avrokuboklara getmək şansımız cüzi də olsa, qalır".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilmiş "Neftçi" – "Simurq" oyunundan sonra qonaqların məşqçisi İqor Getman deyib.
Getman bildirib ki, futbolçularının oyunundan narazı qalmayıb: "Neftçi"yə qarşı oyunlar hər zaman çətin olur. Uşaqlara təşəkkür edirəm. Sonadək mübarizə apardılar".