“Mən"Neftçi"də cəmi bir ay oldum, sonra geri qayıtdım. Mənə heç pul da ödəmədilər".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"yə transfer olduqdan sonra əsas heyətə düşə bilməyən və bu səbəbdən komandadan göndərilən və Kiprin “Omonia” klubuna keçən isveçrəli qapıçı Conni Leoni deyib.
Əlcək sahibi paytaxt klubundakı günlərini belə xatırlayıb:
“Neftçi”yə keçidim karyeramdakı ən pis qərarım oldu. Mən heç vaxt maliyyə amilini birinci pilləyə qoymuram. Artıq tezliklə “Omonia” ilə məşqlərə başlayacağam”.