Dünən Topaz Premyer Liqasının IV turundan təxirə salınmış AZAL – "Neftçi" matçında zədələnərək meydanı tərk edən iki futbolçu, Bruno Bertuççi və Tərlan Quliyevin hansı müddətə sıradan çıxdıqları məlum olub.
Korner.az-ın məlumatına görə, sol cinah müdafiəçisi Bertuççinin çiyni çıxıb. Quliyev isə əzələsini dartıb.
Buna görə də, Bertuççi iki aylıq sıradan çıxıb və yalnız may ayında yaşıl meydanlara dönməsi gözlənilir. Quliyev isə iki həftədən sonra məşqlərə başlaya biləcək.