Kiprdə tarix yazan "Neftçi"nin bu qələbəsinə daha bir təbrik "Qəbələ"dən gəlib. Korner.az-ın məlumatına görə, klubun rəsmi saytında verilən açıqlamada "ağ-qaralar" təbrik olunub və onlara qrup mərhələsində uğurlar arzulanıb:
"Qəbələ" Futbol Klubu Azərbaycan futbol ictimaiyyətini və "Neftçi" Futbol Klubunu komandanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, paytaxt təmsilçisinə qrup oyunlarında uğurlar arzulayır".
