Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 52-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXII turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 10-cu dəqiqəsində AZAL klubunun 41 №-li futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1000 manat cərimə olunur (maddə 37.1).
pfl.az
