Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedicilərdən ibarət komandaları arasında təşkil olunan çempionatın 19-cu turunun daha bir oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, AZAL doğma meydanda “Neftçi”ni qəbul edib.
Qarşılaşma AZAL-ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
30 yanvar
Əvəzedicilərin çempionatı, 19-cu tur
AZAL – “Neftçi” – 3:0
Qollar: Eduardo Konseysao, 4 (1:0), Fariz Nəcəfov, 70 (2:0) Ruslan Nəsirli, 82 (3:0)
31 yanvar (şənbə)
“Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu, 14:00
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança, 14:00
29 yanvar
“İnter” – “Sumqayıt” – 2:1
Qollar: Ülvi İbazadə, 8 (1:0), Mirsahib Abbasov, 19 (2:0), Murad Ağayev, 38 (2:1)
