“Neftçi” klubunun futbolçuları Ernest Nfor və Flavinyo cəzalı vəziyyətə düşüblər.
Korner.az-ın məlumatına görə, paytaxt klubunun aparıcı futbolçuları Nforla Flavinyo sarı vərəqə limitini doldurduğu üçün “Rəvan”la oyunu buraxacaqlar.
Qeyd edək ki, bu 2 futbolçu bu gün keçirilən “Neftçi” – AZAL (2-1) matçında sarı vərəqə ilə cəzalanıblar.
