"Neftçi"nin yorğunluğundan istifadə etdik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Berhard Raab deyib.
Alman çalışdırıcı "Neftçi" üzərindəki qələbəyə (3:2) şərh verərkən bunları deyib:
"Futbolçulara tapşırmışdım ki, müdafiədən hücuma sürətlə keçsinlər. Çünki, "Neftçi"nin geriyə gec çəkildiyini bilirdim. Gözəl qələbə qazandıq".