AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi yarışlarda növbəti turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Neftçi”ni təmsil edən aşağı yaş qruplarından ibarət komandalardan ikisi turu böyük hesablı qələbə ilə başa vurub. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri Coca-Cola U-13 liqasında “Qarabağ”ı 4:0 hesabı ilə yenməklə ilk dövrəni birinci pillədə başa vurub. Araz Qulamovun 14 yaşlıları isə U-14 liqasında “Bakı kəndləri”ni 4:0 hesabı ilə məğlub edib.
Coca-Cola U-13 Liqası:
“Neftçi” – “Qarabağ” 4:0
Qollar: Musa Qurbanlı (2), Mehmet Sərin, Vüsal Qənbərov.
U-14 Liqası: “Bakı kəndləri” – “Neftçi” 0:4
Qollar: Hüseynəli Əliyev, Turan Əhmədov, Kamal Mustafazadə, Vüsal Əsgərov.
