“Təəssüf ki, qələbə qazana bilmədik. Ancaq orada qələbə qazanacağıq. Çünki bizim futbolçuların keyfiyyəti onlarınkından yüksəkdi”.
Bu sözləri korner.az-a açıqlamasında “Neftçi”nin yeni transferi Xuan Alberto Melli deyib.
Braziliyalı futbolçu “Mladost”la oyunda qələbə qazana bilməmələrini belə izah edib:
“Şanslarımız çox oldu. Sadəcə ələ düşən imkanlardan yararlana bilmədik. Hesab 2:1 olanda istədik bu nəticəni saxlayaq. Ancaq alınmadı. Biz onlardan çox-çox yaxşı oynadıq. Qələbə qazana bilərdik, bacarmadıq”.
