“Neftçi”nin yeni transferi Elvin Bədəlov komandanın düşərgəsinə qoşulub.
Korner.az-ın məlumatına görə, gənc müdafiəçi bu gün klubun bazasında keçirilmiş məşqdə iştirak edib.
Elvin fikirlərini “Neftçi”nin rəsmi saytına bildirib: “Böyük kluba gəldiyimi yaxşı anlayıram. “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Belə bir komandanın üzvü olmaq qürurvericidi. Bu gün “Neftçi”də ilə ilk məşqə çıxdım və komanda yoldaşlarımla tanış oldum. Komandada əla abu-hava olduğunu gördüm, ilk məşqim olmasına baxmayaraq artıq demək olar ki, hamısı ilə ünsiyyət qurmuşam. Burada milli komandadan dostlarım da var. Hər kəs də əsas heyətdə möhkəmlənməyə çalışır. Onlarla rəqabət aparmaq maraqlı olacaq. Çalışacam ki, məşqçilər heyətinin etimadını doğruldum”.
