“Neftçi”nin yeni baş məşqçisi məlum oldu
22.06.2022 , 10:10

“Neftçi”nin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu posta rumıniyalı Laurentsiu Regekampf təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb. Məlumatı “Neftçi TV” yayıb.
Laurentsiu Regekamf ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.
