“Neftçi”nin vitse-prezidenti istefa verdi
25.09.2023 , 12:56

“Neftçi”nin vitse-prezident Elnur Eyvazov klubdan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb, 2017-ci il iyul ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında baş verən struktur dəyişikliyindən sonra “Neftçi”nin vitse-prezidenti postuna təyin olunmuşdu. Eyvazov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
