Azərbaycan futbolunun məşhur hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb.
Korner.az-ın bizimyol.info-ya iztinadən məlumatına görə, veteran futbolçuya cinayət işi açılıb.
O, 72 min manatlıq dələduzluqda ittiham olunur.
Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib.
Əhmədov 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyalarının vitse-prezidenti postunu daşıyır.
