Futbol

“Neftçi”nin üzvləri bir xala sevindi

18.11.2019 , 14:26

“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti millisinin heyətində növbəti oyunu keçiriblər.

 

Korner.az xəbər verir ki, onlar KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Kosta Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.

 

Mustivar Haiti millisinin heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.

Son yazılar

Yuxarı