“Neftçi”nin Türkiyədə ilk sınağı
20.06.2019 , 12:08

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk sınaq matçında Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.
