“Neftçi”nin təlim-məşq planı
30.11.2021 , 16:27

“Neftçi”nin qış təlim-məşq toplanışı üçün planı bəlli olub.
Korner.az xəbər verir ki, “ağ-qaralar” 10-25 yanvarda Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçməyi planlaşdırır. Son ölkə çempionu burada 3 yoxlama matçı oynayacaq. Hələlik rəqiblər bəlli deyil.
“Qarabağ” və “Sabah”da Türkiyədə hazırlaşacaq.
