Oktyabrın 23-də “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi”nin səfər planı bəlli olub.
Bu barədə Korner.az-a məlumat verən “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə deyib ki, komanda üzvləri qarşılaşmadan bir gün əvvəl – oktyabrın 22-də matçın keçiriləcəyi Naxçıvan şəhərinə yollanacaqlar.
Flaqman “Təbriz” otelində məskunlaşacaq. Komandanın geri qayıdacağı tarix də bəllidi. Belə ki, “ağ-qaralar” oktyabrın 23-dən 24-ə keçən gecə saat 01.55 reysiylə Bakıya dönəcək.
Gündüz Abbaszadə onu da deyib ki, bir qrup “Neftçi” fanatı öz təşəbbüs və vəsaitləriylə oyunu izləmək üçün Naxçıvana gedəcək.
