“Neftçi”nin stadionunun adı dəyişdi
04.08.2023 , 14:37

“Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci kilometr qəsəbəsi stadionunun adı dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə klubun baş icraçı direktoru Fərrux Mahmudov özünün sosial şəbəkə hesabında məlumat verib.
O yazıb: “Bu gündən etibarən arenamızın adı nə “Bakcell Arena”, nə də “8-ci km Arena” adlanacaq. Arenamızın adı “Neftçi” Arena” oldu. Yaxın zamanda bütün fasad reklamları stadionda dəyişəcək. Xeyirli uğurlu olsun!”
