Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində sonuncu, üçüncü yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Vəli Qasımovun komandası Rumıniyanın “CSMS İaşi” klubu ilə qüvvəsini sınayacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, buna qədər Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” komandası ilə iki dəfə qarşılaşan “Neftçi” ilk görüşdə 1:2 hesabı ilə məğlub olub, ikinci oyunda isə 3:0 hesablı qələbə qazanıb.
