“Neftçi”nin sonuncu rəqibi də müəyyənləşdi
09.01.2020 , 15:13

“Neftçi”nin yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsindəki təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komanda yanvarın 24-ü “Emirhan Sports Complex Side”ın stadionunda Ukraynan “Desna”sı ilə qarşılaşacaq.
Xatırladaq ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-i Polşanın “LKS Lodz”, 20-si isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.
